media-inshot_20260319_204706785

Pentaqon Ağ Evin əlavə 200 milyard dollar vəsait ayırması üçün müraciət edib. Bu vəsait İran əməliyyatının uzanması ehtimalına qarşı maliyyə “yastığı” yaratmaq məqsədi daşıyır.

Patrul.az xəbər verir ki, bu barədə M.V. Lomonosov adına Moskva Dövlət Universitetinin müqayisəli politologiya kafedrasının müdiri və İSKRAN İnstitutunun aparıcı elmi işçisi Artur Demçuk bildirib.

Demçuk qeyd edib ki, hazırda ABŞ-nin əməliyyatları aparmaq üçün kifayət qədər vəsaiti var, lakin əməliyyat müddətinin qeyri-müəyyənliyi, mümkün quru əməliyyatı və silahların gücləndirilməsi ehtiyacı əlavə xərclərə səbəb ola bilər.

Ekspert ABŞ dövlət borcuna da toxunaraq bildirib ki, indiyə qədər maliyyə sistemi kifayət qədər sabitdir və dövlət borcunun artması vəziyyətin fundamental dəyişməsinə səbəb olmayacaq.

Aynur Nadirqızı


Bənzər xəbərlər