media-inshot_20250825_231207299

İran Prezidenti Məsud Pezeşkian son günlər Azərbaycanla münasibətlərə dair səslənən tənqidlərə cavab verib.

Patrulaz.az-ın “Azad İran” Telegram kanalına istinadən verdiyi məlumata görə, Prezident bildirib ki, İran bütün qonşularıyla qardaşlıq əlaqələrinə malikdir və sərhədlər yalnız quru şəklində mövcuddur.

“Mənim bir evim, sənin bir evin var. Hər kəs öz evində hakimdir. Biz bütün qonşularımızla qardaşıq, qohumuq, yaxınıq. Aramızda yalnız quru sərhəd var. Hər kəsin öz evi var – suyumuz bir, torpağımız bir”, – deyə o vurğulayıb.

Pezeşkianın sözləri, iki ölkə arasında dostluq və qardaşlıq münasibətlərinin möhkəmliyinə diqqət çəkir və bəzi siyasi dairələr tərəfindən səslənən tənqidlərin əsassız olduğunu göstərir.

Xatırladaq ki, Azərbaycan və İran uzun illərdir ki, diplomatik, iqtisadi və mədəni sahələrdə əməkdaşlıq edirlər və qonşuluq münasibətləri iki tərəf üçün strateji əhəmiyyət kəsb edir.


Bənzər xəbərlər