Pezeşkiandan mühüm sərəncam: "İran ABŞ ilə danışıqlara başlayacaq"
İran Prezidenti Məsud Pezeşkian ABŞ ilə danışıqlara başlamaq göstərişi verən sərəncam imzalayıb.
Patrul.az “Fars News” agentliyinə istinadla xəbər verir ki, sərəncama əsasən İran və ABŞ nüvə məsələsi çərçivəsində danışıqlar aparacaqlar.
Pezeşkian İran tərəfinin ABŞ ilə nüvə proqramı çərçivəsində müzakirələr aparmağa hazır olduğunu bildirib.
Hökumət mənbəsi qeyd edib ki, Amerika tərəfi ilə ilkin təmaslar yaxın günlərdə Türkiyədə baş tuta bilər.
Görüşün ABŞ-nin xüsusi nümayəndəsi Stiv Uitkof və İranın xarici işlər naziri Abbas Əraqçı arasında baş tutma ehtimalı var.






