Pezeşkianın qızı Bakıda azərbaycanca şeir səsləndirdi - VİDEO
İran Prezidenti Məsud Pezeşkianın qızı Zəhra Pezeşkian Bakıda azərbaycanca şeir səsləndirib.
Patrul.az xəbər verir ki, bir neçə gün əvvəl Bakıya səfər edən İran Prezidenti Məsud Pezeşkianın qızı Zəhra Pezeşkian paytaxtda keçirilən mədəni-humanitar xarakterli tədbirlərdən birində iştirak edib.
Zəhra Pezeşkian çıxışı zamanı dahi Azərbaycan şairi Məhəmməd Hüseyn Şəhriyarın məşhur “Heydər Babaya salam” poemasından parçalar səsləndirib. Onun azərbaycanca şeir oxuması tədbir iştirakçıları tərəfindən böyük maraq və alqışla qarşılanıb.
Azərbaycan poeziyasının və milli kimliyinin rəmzlərindən sayılan bu əsərin səsləndirilməsi xüsusilə diqqət çəkib.
Qeyd edək ki, Məsud Pezeşkianın üç övladı var – oğlanları Mehdi və Yusif, qızı Zəhra. Zəhra Pezeşkian İrandakı Şərif Texnologiya Universitetində kimya üzrə ali təhsil alıb və magistr dərəcəsinə yiyələnib. O, əvvəllər “Jam Petrochemicals” şirkətində çalışıb.
Həmin şeiri təqdim edirik:






