media-img_8467

Qədim Roma şəhəri Pompeydə böyük bir məzarda aparılan qazıntılar zamanı demək olar ki, real ölçüdə olan kişi və qadın heykəli tapılıb.

Patrulaz.az xarici KİV-ə istinadən xəbər verir ki, arxeoloqlar qadın və kişinin mərmər məzar heykəllərinin eramızdan əvvələ aid olduğunu iddia edirlər. Bildirilib ki, bu, eramızdan əvvəl 79-cu ildə Vezuvi vulkanının püskürməsi zamanı dağıdılan qədim şəhərdə rahibələrin gücünə yeni işıq salır. Bərpa işlərinə başlamaq üçün Pompey qazıntılarının ‘Palestra Grande’sinə köçürülən heykəllər, aprelin 16-da açılacaq ‘Essere donna nell’antica Pompei’ (Qədim Pompeydə qadın olmaq) adlı sərginin görkəmli əsərləri olacaq.


Bənzər xəbərlər