Premyer Liqa: “Zirə” – “Kəpəz” matçının başlama saatı dəyişdirilib
Qarlı hava şəraitinə görə bu günə təxirə salınmış Misli Premyer Liqasının XXIV turunun “Zirə” – “Kəpəz” matçının başlama saatı dəyişdirilib.
Patrulaz.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, qarşılaşmanın saat 18:00-da start götürməsi qərara alınıb.
Bu addım Zirə İdman Kompleksinin stadionunun ot örtüyünün qardan tam təmizlənməsi məqsədilə atılıb.