"Prezident Əliyev indi sülhü qazanır!" - Hikmət Hacıyevin Vaşinqton görüşü öncəsi PAYLAŞIMI
Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Vaşinqtonda keçirilməsi planlaşdırılan ABŞ-Azərbaycan-Ermənistan dövlət başçılarının görüşü ilə bağlı sosial şəbəkədə paylaşım edib.
Patrulaz.az xəbər verir ki, Hacıyev “X” platformasında etdiyi paylaşımda Prezident İlham Əliyevin həm müharibədə, həm də sülh prosesindəki mövqeyinə diqqət çəkib:
“Prezident İlham Əliyev müharibədə qalib gəldi – indi o sülhü qazanır!!!”, – deyə Hacıyev bildirib.
Qeyd edək ki, Vaşinqtonda keçiriləcək görüş regional sabitlik və sülh prosesinə dair vacib müzakirələri əhatə edəcək.






