Prezident İham Əliyev və Ərdoğan İrəvana dəvət olundular - Əsas müzakirə mövzusu...
Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ermənistanın paytaxtı İrəvana Avropa Siyasi Birliyinin sammitində iştirak etmək məqsədilə dəvət olublar.
Patrulaz.az “Sputnik Armenian”a istinadən xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan bildirib.
Bildirilib ki, sammitin əsas müzakirə mövzuları Orta Dəhlizin fəaliyyəti və Mərkəzi Asiya, Cənubi Avropa və Cənubi Qafqaz arasında malların və elektrik enerjisinin tranziti olacaq.
Qeyd edək ki, Ermənistanın baş naziri Nikol Paşinyan mayın 4-də İrəvanda Avropa Siyasi Birliyinin sammitinin keçiriləcəyini açıqlamışdı.






