media-inshot_20251007_134758731

“Türk Dövlətlərinin vahid güc mərkəzi kimi çıxış etməsi olduqca vacibdir”.

Patrulaz.az xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşündə çıxışı zamanı deyib.

Dövlət başçısı çıxışı zamanı Türkiyə ilə hərbi sahədə mövcud sıx əməkdaşlığı qeyd edərək, 2026-cı ildə Azərbaycanda Türk Dövlətləri Təşkilatına üzv ölkələrin birgə hərbi təlimlərinin keçirilməsini təklif edib:

“Məlumdur ki, təhlükəsizlik təmin edilmədən inkişaf mümkün deyil. Beynəlxalq hüququn norma və prinsiplərinin kobud şəkildə pozulduğu dövrdə ölkələrimiz arasında hərbi və hərbi texniki sahədə əməkdaşlıq çox önəmli faktorlardan biridir. Bu çərçivədə müttəfiqimiz olan Türkiyə ilə dərin əməkdaşlıq mövcuddur. Yalnız son 1 ildə Türkiyə ilə birgə 25-dən artıq ikitərəfli və çoxmilətli hərbi təlimlər keçirilmişdir.

Ölkələrimiz arasında hərbi, müdafiə və təhlükəsizlik sahələrində geniş əməkdaşlığı nəzərə alaraq, 2026-cı ildə Azərbaycanda Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin birgə hərbi təlimlərinin keçirilməsini təklif edirəm. Bugünkü dünyada hərbi güc hər bir ölkənin müstəqilliyinin və ərazi bütövlüyünün əsas amilidir”.


Bənzər xəbərlər