Prezident və Mehriban Əliyeva BMT-nin mənzil qərargahına gəliblər
Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 22-də Nyu-Yorka səfər ediblər.
Patrulaz.az xəbər verir ki, səfər çərçivəsində sentyabrın 23-də BMT Baş Assambleyasının 80-ci sessiyasında iştirak məqsədilə Prezident İlham Əliyev və Mehriban Əliyeva BMT-nin mənzil qərargahına gəliblər.
Burada BMT-nin Baş katibi Antonio Quterreş dövlətimizin başçısını və birinci xanımı salamlayıb.






