media-inshot_20250929_094134718

Bəzi Türkiyə sosial media səhifələrində və şəxsi profillərdə Azərbaycana qarşı dezinformasiya xarakterli paylaşımlar davam etməkdədir.

Patrulaz.az xəbər verir ki, bu dəfə Prezident İlham Əliyevin BMT-dəki çıxışını izləyən Azərbaycan nümayəndə heyətinin fotosu manipulyasiya edilərək “İsrailin Baş naziri Benyamin Netanyahunun çıxışını dinləyərkən” başlığı ilə təqdim olunub.

Qeyd edək ki, bundan əvvəl Medianın İnkişafı Agentliyi Türkiyə mediasında ölkəmizə qarşı aparılan bu cür kampaniyaların təəssüf doğurduğu barədə açıqlama yaymışdı.


Bənzər xəbərlər