media-inshot_20251022_191959457

“Prezident İlham Əliyevin Qazaxıstana səfəri xüsusi əhəmiyyət daşıyır. Son dövrlər Azərbaycan-Qazaxıstan əlaqələri daha da inkişaf edir. Ölkələr Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlıq etdilər, eyni zamanda iki ölkə rəhbəri arasında çox yaxın dostluq və qardaşlıq əlaqələri gücləndi və bu da əlaqələrimizin daha da inkişafına və möhkəmlənməsinə öz töhfəsini verir”.

Bu sözləri Patrulaz.az-a açıqlamasında deputat Ceyhun Məmmədov Prezident İlham Əliyevin Qazaxıstana səfərini və hər iki ölkə arasındakı əlaqələri şərh edərkən deyib.

Deputatın sözlərinə görə, iki dövlət rəhbərinin qarşılıqlı səfərləri və müxtəlif sahələrdə əməkdaşlıq istiqamətində atılan addımlar Azərbaycanla həmin ölkə arasında strateji tərəfdaşlığın daha da möhkəmləndiyini göstərir:

media-1727266759_1727266725_1727262046_ceyh-1

“Qazaxıstan Prezidenti Qarabağa səfər etdi. Astana Qarabağın ümumi işlərində rahat şəkildə iştirak edir və bu gün yük daşıma, enerji, təhlükəsizlik və ortaq dəniz və.s istiqamətlərində çox sıx əməkdaşlıq edirlər. Bu görüşdə də imzalanan sənədlər iki dövlət arasındakı əlaqələrin daha da güclənəcəyindən və möhkəmlənəcəyindən xəbər verir. Qazaxıstan bizim üçün önəmli ölkədir. Qazaxıstan Xəzər sahilində yerləşən əsas dövlətlərdən biridir və Qazaxıstanın yerdəyişməsi, Azərbaycandan daşınması istiqamətində də bu gün sistemli tədbirlər həyata keçirməkdədir”.

C. Məmmədov bildirib ki, bu cür səfərlər iki ölkə arasındakı əlaqələrin möhkəmlənməsinə müsbət təsir edir:

“Bütün bunlar səfər elaqələrimizi dahad a gücləndirəcək və cənab Prezidentin qeyd etdiyi kimi bizim evimiz var, yaylağımız var və biz bu ailəni daha da gücləndirməliyik. Hesab edirəm ki, bu cür səfərlər əlaqələrin güclənməsinə öz müsbət töhvəsini verir”.

Cəmilə Cəfərzadə


Bənzər xəbərlər