media-inshot_20250904_141013824

Ötən gün mədəniyyət naziri Adil Kərimli Xalq artisti Afaq Bəşirqızını 70 illik yubileyi və yüksək dövlət təltifi münasibətilə təbrik edib.

Patrulaz.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, nazir Azərbaycan Dövlət Akademik Musiqili Teatrında keçirilən mərasimdə “Şərəf” ordenini Xalq artistinə təqdim edib.

Aktrisa bu barədə instaqram hesabında paylaşım edib.

Mərasimdə aktrisaya həmçinin Mədəniyyət Nazirliyinin Fəxri diplomu və Azərbaycan Teatr Xadimləri İttifaqının “Teatr fədaisi” medalı təqdim olunub.

Qeyd edək ki, bir müdddət öncə Xalq artisti, görkəmli teatr və kino aktrisası Afaq Bəşirqızı Prezident İlham Əliyevin Sərəncamı ilə “Şərəf” ordeni ilə təltif olunmuşdu.

media-showpic_el100__1_ media-showpic_el100__3_ media-afaq media-showpic_el100 media-snapinsta-to_542312042_18022715381730086_6982966636952751231_n


Bənzər xəbərlər