Putin atəşkəsi dəstəkləyir, amma…
Putin Ukrayna ilə atəşkəsə dəstək versə də, bəzi suallar hələ də cavabsız qalıb.
Patrulaz.az “News24″ə istinadən xəbər verir ki, Kremlinin verdiyi açıqlamasına görə, Rusiya prezidenti Vladimir Putin Ukraynada atəşkəs ideyasını dəstəkləyir, lakin bunun necə həyata keçirilməsi ilə bağlı bir çox açıq suallar qalır. Kreml atəşkəsin yalnız müəyyən şərtlərlə mümkün ola biləcəyini bildirir.
Kremlin sözçüsü Dmitri Peskov, jurnalistlərə verdiyi açıqlamada: “Putin atəşkəsə ehtiyac olduğunu dəstəkləyir, amma bunun necə reallaşacağı ilə bağlı hələ də cavabsız suallar mövcuddur”, – deyə bildirib. O, irəliləyişin olmamasını Kiyev rəhbərliyinin “nəzarətsizliyi” ilə əlaqələndirib.
Xatırladaq ki, ABŞ prezidenti Donald Tramp da bir neçə dəfə Rusiyanın və Ukraynanın arasında atəşkəs əldə etməyə çalışıb, amma hələlik konkret bir nəticə əldə olunmayıb. Tramp bundan əvvəlki açıqlamalarında Ukrayna münaqişəsinin yavaş irəlilədiyini və atəşkəsin əldə olunmasında çətinliklər yaşandığını ifadə edib.
Gülbəniz Səfərova