Putindən rekord çağırış: 160 min gənc orduya cəlb olunur
Rusiya prezidenti Vladimir Putin 18-30 yaşlı 160 000 nəfəri hərbi xidmətə çağırıb.
Patrulaz.az “BBC”yə istinadən xəbər verir ki, bu 2011-ci ildən bəri ən böyük çağırışdır və ordunun sayını artırmaq məqsədi daşıyır.
Vitse-admiral Vladimir Tsimlyansky yeni çağırışçıların Ukraynaya göndərilməyəcəyini desə də, müharibənin əvvəlində çağırışçıların döyüşə göndərildiyi bildirilir.
Xatırladaq ki, insan haqları müdafiəçiləri çağırış sisteminin qeyri-müəyyənliyini tənqid edib.
Qeyd edək ki, Ukraynada 100 000-dən çox Rusiya əsgəri həlak olub. Rusiya Müdafiə Nazirliyi ordunun artırılmasını NATO-nun genişlənməsi ilə əlaqələndirir.
Gülbəniz Səfərova