Putinin ən böyük hərbi çağrışı gəncləri qorxuya saldı
Rusiyada ən böyük hərbi çağırış gəncləri qorxuya salıb.
Patrulaz.az “Əl Cazire”yə istinadən xəbər verir ki, Rusiya 2025-ci il 1 aprel tarixində 18-30 yaş arası 160.000 nəfəri əhatə edən hərbi çağırış kampaniyasına başlayıb. Bu isə son illərin ən genişmiqyaslı səfərbərliyi sayılır.
Məlumata görə, sözügedən çağırış Vladimir Putinin silahlı qüvvələrin sayını 2,5 milyona çatdırmaqla bağlı göstərişinin bir hissəsidir.
Həmçinin, Rusiya-Ukrayna müharibəsində 100.000-dən çox əsgərin həlak olması, hərbi çağırışdan yayınmağa çalışan gənclərin sayının artmasına da səbəb olub.
Qeyd edək ki, müharibədən əvvəl Rusiyada kişilər üçün hərbi xidmətə çağırış yaşı 18-27 yaş aralığında idi.
Lakin müharibədən sonra hərbi xidmətə çağırış yaşının yuxarı həddi 27-dən 30-a qaldırıldı.
Gülbəniz Səfərova