Pxenyan Marafonu: Şimali Koreya sərhədlərini idmanla açır…
Şimali Koreya pandemiyadan sonra ilk dəfə “Pxenyan Marafonu”nu keçirib.
Patrulaz.az “Reuters”ə istinadən xəbər verir ki, Şimali Koreya altı illik fasilədən sonra ilk dəfə olaraq “Pxenyan Beynəlxalq Marafonu”nu təşkil edib. Bu tədbir ölkənin sərhədlərini COVID-19 pandemiyası səbəbilə uzun müddət bağlı saxladıqdan sonra xarici iştirakçıları qəbul etdiyi nadir hallardan biri kimi qiymətləndirilir.
6 aprel tarixində keçirilən marafonda Çin, Efiopiya və digər ölkələrdən idmançılar iştirak ediblər.
Xatırladaq ki, Şimali Koreya 2020-ci ildə pandemiyanın başlanması ilə sərhədlərini tam bağlamışdı. Lakin 2023-cü ildən etibarən ölkə məhdudiyyətləri tədricən aradan qaldırmağa başlayıb. Rusiya turist qruplarının ölkəyə daxil olmasına icazə verilsə də, paytaxt Pxenyan hələ də adi turizm üçün qapalı qalır.
Qeyd edək ki, marafon şəhərin mərkəzindən başlayaraq əsas görməli yerlərdən və kənd ərazilərindən keçib, daha sonra isə 50.000 nəfərlik stadionda başa çatıb.
Gülbəniz Səfərova