media-img_5319

Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında XI tura bu gün start veriləcək.

Patrulaz.az-ın məlumatına görə, turun ilk oyun günündə iki qarşılaşma baş tutacaq.

Əvvəlcə “Milli Aviasiya Akademiyası” “Azərreyl”lə üz-üzə gələcək. Daha sonra “Murov Az Terminal” UNEC-i sınağa çəkəcək.

Hər iki görüş Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində keçiriləcək.

Yüksək Liqa

Qadınlar

XI tur

14 fevral

16:00. “Milli Aviasiya Akademiyası” – “Azərreyl”

Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzi

18:00. “Murov Az Terminal” – UNEC

Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzi

Qeyd edək ki, XI tura sabah keçiriləcək “Gəncə” – “Abşeron” görüşü ilə yekun vurulacaq. Qarşılaşma Gəncə İdman Sarayında baş tutacaq.


Bənzər xəbərlər