"Qalibiyyət azarkeşlərimizin haqqı idi" - Qurban Qurbanov
UEFA Çempionlar Liqasının Liqa mərhələsinin VII turu çərçivəsində “Qarabağ” doğma meydanda Almaniyanın “Ayntraxt” klubuna 3:2 hesabla qələbə qazanıb.
Patrul.az xəbər verir ki, qələbəninin sevincini “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov belə bölüşüb:
“İlk öncə azarkeşlərimizi təbrik edirəm. Belə bir havada və inamsız vaxtda… Futbolçulara inam azalmışdı. Amma o inamı yenidən qaytardılar. Bu gün azarkeşləri stadionda görən futbolçular da motivasiyalı oldular. Bu qalibiyyət azarkeşlərin haqqı idi. Hər birinə təşəəkkür edirəm. Futbolçularımı da təbrik edirəm ki, sona kimi oyundan qorxmayıb, nizam-intizamı saxladılar”.
Q. Qurbanov komandasının “Ayntraxt” üzərindəki qələbəsini “Azərbaycan futbolunun ən böyük uğuru” adlandırdı:
“Həqiqətən bu gün əsl və böyük futbol baş tutdu. Belə bir uğur olmamışdı. Bəlkə də bu Azərbaycan futbolunun ən böyük uğurudur. Çox məmnunam. Şükürlər olsun Allaha, son saniyələrdə bizə qalibiyyət nəsib etdi”, – deyə baş məşqçi əlavə edib.
Qeyd edək ki, bu oyunun “ən yaxşısı” adına 2 qolunun müəllifi olan Kamilo Duran layiq görülüb.
Bu oyunla “Qarabağ” ÇL-nin turnir cədvəlində 3 qalibiyyət və 3 məğlubiyyətlə, ümumlikdə isə 10 xalla 17-ci yerdə qərarlaşıb.






