Bu gün İngiltərədə UEFA Çempionlar Liqasının 8-ci turu çərçivəsində baş tutacaq “Qarabağ” – “Liverpul” matçında “qırmızılar”ın heyətində bir sıra futbolçular zədələr səbəbindən iştirak edə bilməyəcək.
Patrul.az xəbər verir ki, “Liverpul”un mərkəz müdafiəçisi Co Qomez və qapıçı Alisson ağır zədələri səbəbindən meydana çıxmayacaq.
Soldakı – Co Qomez Sağdakı – Alisson Becker
Müdafiə xəttində Covanni Leoni də “Qarabağ” qarşısında oynamayacaq. Eyni zamanda, İbrahima Konate şəxsi səbəblərlə, Konor Bredli isə bu mövsümün qalan hissəsində komandaya kömək edə bilməyəcək.
Hücumçu Aleksandr İsak ayaq sınığı səbəbindən sıradan çıxıb, Federiko Kyeza isə son iki oyunu zədəsi səbəbilə buraxsa da, “Qarabağ” qarşısında əsas heyətdə yer alacaq.
“Qarabağ” tərəfdə isə yalnız bir zədəli olan var. Braziliyalı hücumçu Kady Borges “Çelsi” ilə 2:2 hesablı oyun zamanı zədələnib. Ramil Şeydayev də meydana çıxmayacaq.
Turnir cədvəlində 10 xalı olan “Köhlən Atlar” hazırda 18-ci sıradadır və pley-off mərhələsinə çatmaq üçün imkanları qoruyur. “Liverpul” isə ümumlikdə 15 xalla Çl cədvəlində 4-cü yerdədir. Rəqibdəki zədələr və əsas oyunçuların iştiraksızlığı nəzərə alındıqda, Qurban Qurbanovun komandasının qalib gəlmək şansı artır.
Matçın nəticəsi həm “Qarabağ”, həm də “Liverpul” üçün böyük önəm daşıyır və futbolsevərlər bu qarşılaşmanı böyük maraqla izləyəcəklər.