media-media-inshot_20260115_173504329-8i9503

Yanvarın 21-i saat 21:45-də Tofiq Bəhramov adına Respublika Stadionunda UEFA Çempionlar Liqasının Liqa mərhələsi çərçivəsində keçiriləcək “Qarabağ” – “Ayntraxt” (Almaniya) oyunu baş tutacaq. 

Oyuna azarkeşsiz çıxacaq “Ayntraxt” qarşısında təmsilçimiz necə nəticə göstərəcək?

“Qarabağ” – “Ayntraxt” oyunundan gözləntiləri öyrənmək üçün Patrul.az futbol mütəxəssisi Etibar İbrahimova müraciət edib.

O bildirib ki, bizi çox maraqlı oyun gözləyir:

media-inshot_20260119_094406786

“Həm təcrübə keçdiyim, həm də əməkdaşlıq etdiyim klub olduğu üçün “Ayntraxt” mənə çox doğmadır. Lakin buna baxmayaraq Azərbaycanın qüruru olan “Qarabağ”a dəstək olacağıq. Ümid edirəm ki, Ağdam klubu bu matçdan qalib çıxacaq. Təbii ki, hər iki komanda var gücü ilə mübarizə aparacaq. Çünki həm “Qarabağ”, həm də “Ayntraxt” üçün bu oyun son şansdır. “Köhlən atlar”ın növbəti oyunu İngiltərədə “Liverpul”a qarşı baş tutacaq və bilirik ki, çətin bir oyun bizi gözləyir.

Düşünürəm ki, əgər “Qarabağ” bu oyunu qalibiyyətlə bitirsə, pley-off’a adlayacaq”.

Yanvarın 21-də keçiriləcək matçda hansı komandanın daha ehtiyatlı və səbrli davranacaqsa, onun da qalib gələcəyini bildirən mütəxəssis əlavə edib ki, dekabr ayında başında qara buludlar dolanan Ağdam klubu artıq həm psixoloji, həm də fiziki baxımdan daha yaxşı vəziyyətdədir:

“”Qarabağ” aradakı fasilədən yaxşı istifadə etdi. Yoldaşlıq görüşlərindən də şahid olduq ki, Qurban Qurbanov komandanı tam olaraq toparlayıb. İnanıram ki, qürurumuz “Qarabağ” qalib gəlib növbəti mərhələyə adlayaraq bütün Azərbaycan xalqını sevindirəcək”.

Ləman Sərraf


Bənzər xəbərlər