Çl-nin pley-off oyunu: "Nyukasl" "Qarabağ"ı böyük hesabla məğlub etdi - VİDEOLAR
UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyununda doğma meydanda keçirilən “Qarabağ” – “Nyukasl” matçı rəqibin 1:6 hesablı qələbəsi ilə başa çatdı.
***
Matçın 71-ci dəqiqəsində rəqibin daha bir qolu ilə hesabı 1:6 oldu.
***
UEFA Çempionlar Liqasının pley-off mərhələsi çərçivəsində keçirilən matçın ikinci hissəsində “Qarabağ”dan mühüm ötürmələri ilə seçilən Elvin Cəfərquliyev “Nyukasl”a qarşı ilk qolunu vurdu. Bununla da hesab 1:5 oldu.
***
Birinci hissənin 3 dəqiqəlik əlavə vaxtında Qordon penalti zərbəsindən komandasının 5-ci qolunu vurdu.
22:31
***
Penalti zərbəsindən dəqiqələr sonra rəqib komandadan Qordon “Qarabağ”a yenidən 4-cü qolunu vurdu
22:17
***
Matçın 30-cu dəqiqəsində rəqib komandanın üzvü Entoni Qordon penalti zərbəsini dəqiq yerinə yetirərək hesab 0:3 etdi.
22:15
***
Matçın 21:53-cü dəqiqəsində “Nyukasl”ın vurduğu ikinci qoldan sonra hesab 0:2 olub.
Həmin qolu təqdim edirik:
21:53
***
UEFA Çempionlar Liqasının pley-off mərhələsi çərçivəsində keçirilən matçın 21:47-ci dəqiqəsində “Nyukasl” “Qarabağ”a qol vurub.
Rəqibin həmin qolunu təqdim edirik:
21:47
***
UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyunu başlayıb.
“Qarabağ” “Nyukasl”a qarşı doğma meydanda mübarizə aparır.
21:45
***
Bu gün UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyunları çərçivəsində Azərbaycan təmsilçisi “Qarabağ” İngiltərənin “Nyukasl” klubu ilə qarşılaşacaq.
Patrul.az xəbər verir ki, pley-off mərhələsində Liqa mərhələsində 9-24-cü yerləri tutan komandalar mübarizə aparır.
Matç Tofiq Bəhramov Stadionunda saat 21:45-də start götürəcək.
Qeyd edək ki, iki oyunluq qarşıdurmanın nəticəsinə əsasən qalib komanda növbəti mərhələyə vəsiqə qazanacaq.






