media-inshot_20260130_154439994

Bu gün UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin püşkatma mərasimi İsveçrənin Nyon şəhərindəki UEFA mənzil-qərargahında baş tutub.

Patrul.az xəbər verir ki, püşkatma nəticəsində Qurban Qurbanovun rəhbərlik etdiyi “Qarabağ” İngiltərənin “Nyukasl” klubu ilə qarşılaşacaq.

Ağdam təmsilçisi “Qarabağ” ilk pley-off matçını evdə, cavab oyununu isə səfərdə keçirəcək. Əgər “Köhlən atlar” bu raundu adlayarsa, 1/8 finalda onları ya İspaniyanın “Barselona”, ya da İngiltərənin “Çelsi” klubu gözləyəcək.

Qeyd edək ki, Liqa mərhələsində 8 oyunda 10 xal toplayan “Qarabağ”, 36 komanda arasında 22-ci sırada yer alaraq pley-off mərhələsinə vəsiqə qazanıb. Yanvarın 28-də “Liverpul”a 6:0 hesabla uduzmasına baxmayaraq, bu nəticə Çempionlar Liqasında iştirakına mane olmayıb.

Liqa mərhələsinin ilk 8-liyində qərarlaşan komandalar – “Arsenal”, “Bayern Münhen”, “Liverpul”, “Tottenhem”, “Barselona”, “Çelsi”, “Sportinq” və “Mançester Siti” birbaşa 1/8 finala yüksəliblər.

Pley-off zonasında yer alan digər komandalar isə “Real Madrid”, “İnter”, “Paris Sen-Jermen”, “Yuventus”, “Atletiko Madrid”, “Atalanta”, “Bayer Leverkusen”, “Borussia Dortmund”, “Olympiakos”, “Club Brugge”, “Qalatasaray”, “Monako”, “Bodo/Glimt” və “Benfika” olub.

Çempionlar Liqasının pley-off oyunları 17-18 və 24-25 fevral tarixlərində keçiriləcək. Final isə 30 mayda Budapeştdə təşkil olunacaq.


Bənzər xəbərlər