media-omz9g1kjv0-scaled

2024-cü ildə Azərbaycanın işğaldan azad edilmiş ərazilərində 432 yeni mikro sahibkarlıq subyekti yaradılıb ki, bu da 2023-cü illə müayisədə 78,5 % çoxdur.

Patrulaz.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, ötən ilin sonuna ölkə üzrə fəaliyyət göstərən 212 705 kommersiya təşkilatlarının 83,7 %-i və yaxud 178 061-i mikro sahibkarlıq subyeki olub.

Bu, əvvəlki ilin sonuna nisbətən 11 171 vahid və yaxud 6,7 % çoxdur.

Hesabat tarixinə mikro sahibkarlıq subyektlərinin 68,7 %- və yaxud 122 269-u Bakıda fəaliyyət göstərib. Bu, illik müqayisədə 7,5 % çoxdur. Bundan başqa, Qarabağ iqtisadi rayonunda 3 984 (7,3 % çox), Şərqi Zəngəzur iqtisadi rayonunda isə 882 (22,3 % çox) mikro sahibkarlıq subyekti olub.


Bənzər xəbərlər