media-e48f6124-740a-4cbd-ba58-6715044cd4d6

Son günlər ölkə ərazisində müşahidə olunan intensiv yağıntılar bir sıra bölgələrdə ciddi fəsadlara səbəb olub. Sel sularının yaratdığı problemlərdən biri də Qaradağ rayonu Ümbakı qəsəbəsində qeydə alınıb.

Patrul.az-ın əldə etdiyi məlumata görə, güclü sel axınları nəticəsində qəsəbəyə gedən əsas yolda yerləşən körpü uçaraq tam yararsız vəziyyətə düşüb. Nəticədə ərazi ilə nəqliyyat əlaqəsi kəsilib, sakinlərin hərəkəti ciddi şəkildə məhdudlaşıb.

Hazırda qəsəbə sakinləri alternativ yolun olmaması səbəbindən çətin vəziyyətlə üz-üzə qalıb. Bildirilir ki, fövqəladə hallar və digər aidiyyəti qurumların əraziyə cəlb olunması, eləcə də problemin qısa müddətdə aradan qaldırılması zəruridir.

Məsələ ilə bağlı aidiyyəti qurumların mövqeyini də işıqlandırmağa hazırıq.


Bənzər xəbərlər