media-inshot_20260428_193011579

Qaxda canavarlar qoyun sürüsünə hücum edərək 5 baş qoyunu parçalayıb.

Patrul.az xəbər verir ki, hadisə bu gün günorta saatlarında, rayonun Meşəbaş kəndi ərazisində qeydə alınıb.

Qax şəhər sakini Elşən Omarov otlaq ərazisində qardaşına məxsus qoyunları otararkən 3 baş canavar sürüyə hücum edib. Canavarlar 3 baş qoyunu aparıb, 2 qoyunu isə parçalayaraq tələf ediblər.

Zərərçəkmişlərin sözlərinə görə, bu hal birinci dəfə baş vermir. Əvvəlki illərdə də canavarlar onlara ziyan vurub. (report.az)


Bənzər xəbərlər