media-c0a7f963-2530-4b0c-a018-294938199b97

Qəzzada İsrailin hava zərbəsi nəticəsində 29 nəfər həlak olub.

Parulaz.az “BBC”yə istinadən xəbər verir ki, İsrail ordusunun Qəzza şəhərinin şərqində yerləşən Şecayya məhəlləsinə endirdiyi hava zərbəsi nəticəsində azı 29 nəfər həyatını itirib. Həlak olanlar arasında səkkiz uşağın olduğu, 60-dan çox insanın isə yaralandığı bildirilir.
Zərbə əl-Həvaşi məscidi yaxınlığında yerləşən çoxmərtəbəli yaşayış binasına endirilib. Hazırda xilasedicilər dağıntılar altında qaldığı ehtimal edilən 20 nəfəri axtarmaq üçün əməliyyatları davam etdirirlər.

İsrail ordusu açıqlamasında bildirib ki, zərbə bölgədə hücumların planlaşdırılması və həyata keçirilməsinə cavabdeh olan “yuxarı rütbəli HƏMAS üzvü”nə qarşı endirilib. Ordunun məlumatına görə, mülki itkilərin qarşısını almaq məqsədilə dəqiq silahlardan istifadə olunub. Həmçinin, HƏMAS beynəlxalq hüququ pozaraq mülki əhalini “canlı qalxan” kimi istifadə etməkdə ittiham edilib.

HƏMAS isə İsrailin həyata keçirdiyi hücumu “qanlı qırğın” adlandıraraq sərt şəkildə qınayıb.

Qeyd edək ki, İsrail ordusu ötən həftə “terror infrastrukturunun” məhv edilməsi məqsədilə Şecayya məhəlləsinin boşaldılması üçün sakinlərə xəbərdarlıq etmişdi. Nəticədə minlərlə insan ərazidən təxliyə olunmuşdu.

Gülbəniz Səfərova


Bənzər xəbərlər