media-inshot_20251008_190112417

Xəbər verdiyimiz kimi, Quba Rayon Mərkəzi Xəstəxanasında mövcud özbaşına vəziyyət vətəndaşların narazılığa səbəb olub.

Patrulaz.az xəbər verir ki, sözügedən xəstəxanaya öz övladını aparan valideynin sözlərinə görə, müəssisədə yalnız bir göz həkimi fəaliyyət göstərir və buna görə də insanlar saatlarla növbə gözləməli olurlar.

Sözügedən oftalmoloq Mehdiyeva Gülşən isə xəstələrə, hətta hərbi komissarlıqdan göndərilən əsgərə belə kobud davrandığı bildirilib.

Məsələ ilə bağlı Patrulaz.az-ın sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib ki, Quba Rayon Mərkəzi Xəstəxanasında baş verənlərlə bağlı yayılan görüntülər araşdırılması üçün aidiyyəti qurumlara təqdim olunub.

Patrulaz.az redaksiyası vətəndaşları narahat edən bu məsələ üzrə görüləcək işlərdən ictimaiyyəti məlumatlandıracaq.

Gülbəniz Səfərova


Bənzər xəbərlər