"İrana çox sayda gəmi göndəririk, razılaşma olmazsa..." - Tramp
ABŞ Prezidenti Donald Tramp İranı yenidən təhdid edib.
Patrul.az xarici KİV-ə istinadla xəbər verir ki, Tramp Ağ Evdə keçirilən prezident sərəncamının imzalanma mərasimində İranla razılaşma əldə olunmazsa, çoxsaylı gəmilərin hücum edəcəyini bildirib.
“Hazırda İrana çox sayda gəmi göndəririk. Ümid edirəm ki, razılığa gələ bilərik. Əgər razılığa gəlsək, bu yaxşı olardı; gəlməsək, nə olacağını görəcəyik”, – deyə ABŞ lideri qətiyyətlə vurğulayıb.
Tramp həmçinin çıxışı zamanı İrana hücum məqsədilə göndərilən gəmilərin Venesuela üçün Karib dənizinə göndərilmiş donanmadan daha böyük olduğunu söyləyib:
“Venesuelada olduğu kimi, lazım gələrsə, donanmamız öz missiyasını sürətlə və güclü şəkildə yerinə yetirməyə hazırdır, istəklidir və qadirdir”, – o, əlavə edib.
Xatırladaq ki, yanvarın 26-da ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) “USS Abraham Lincoln” təyyarədaşıyan gəmisinin zərbə qrupunun “regional təhlükəsizlik və sabitliyi dəstəkləmək” üçün Yaxın Şərqə yerləşdirildiyini açıqlayıb.
Gülbəniz Səfərova






