Reklamda uşağın görüntüsü bu şərtlə istifadə edilə biləcək
Patrul.az-ın məlumatına görə, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Reklam haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
Layihəyə əsasən, reklamda uşağın görüntüsü əks olunan materiallardan yalnız onun valideynlərinin (onları əvəz edən şəxslərin) razılığı ilə istifadə edilə bilər.
Layihə səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.






