media-192314bf-730c-42f7-ab90-fd93f68efb44

Son illər sosial şəbəkələrdə keçirilən canlı yayımlar zamanı qeyri-etik davranışlar, açıq-saçıq paylaşımlar və izləyicilərə qarşı təhqiramiz ifadələr cəmiyyətdə ciddi narahatlıq doğurur. Xüsusilə geniş auditoriyaya malik platformalarda yayılan bu tip məzmun artıq təkcə fərdi seçim deyil, ictimai məsuliyyət və hüquqi çərçivə məsələsinə çevrilib.

Patrul.az xəbər verir ki, iddialara görə, “renka_official” niki ilə tanınan bloqer Rəna Cəfərova 7 fevral 2026-cı il tarixində gecə saat 01:42 radələrində TikTok platformasında keçirdiyi canlı yayım zamanı bəzi izləyicilərə qarşı qeyri-etik ifadələr işlədib. Digər yayımlarda isə onun açıq-saçıq geyim tərzi ilə çıxış etdiyi və bunun müzakirələrə səbəb olduğu bildirilir.

Qeyd edək ki, bu, adı çəkilən şəxsin ilk qayda pozuntusu deyil. 2024-cü ildə sosial şəbəkədə yaydığı məzmunla bağlı ona qarşı İnzibati Xətalar Məcəlləsinin 388-1.1.1-ci maddəsi üzrə protokol tərtib edilmiş, məhkəmə qərarı ilə 700 manat məbləğində cərimə tətbiq olunmuşdu.

Son dövrlərdə ictimai mənəviyyata zidd məzmunların artması fonunda qanunvericilikdə dəyişikliklər edilib və məsuliyyət mexanizmləri sərtləşdirilib. Məqsəd sağlam informasiya mühitinin qorunması, xüsusilə azyaşlıların zərərli məzmundan müdafiəsidir.

Sosial şəbəkələr ifadə azadlığı üçün geniş imkanlar yaratsa da, bu azadlıq hüquqi çərçivə daxilində həyata keçirilməlidir. Virtual məkan hüquqi boşluq deyil və burada yayılan hər bir söz və görüntü həm ictimai, həm də hüquqi nəticələr doğura bilər.

Günay Salayeva


Bənzər xəbərlər