media-inshot_20260410_130538032

Şirvanda restoranda baş verən kütləvi zəhərlənmə hadisəsi ictimai iaşə obyektlərində təhlükəsizlik və hüquqi məsuliyyət məsələsini yenidən gündəmə gətirib. Bu cür hallarda vətəndaşların hüquqlarının qorunması mexanizmi qanunvericiliklə tənzimlənir.

Bəs qidadan zəhərlənmiş şəxs restorandan təzminat ala bilər?

Mövzu ilə bağlı Hüquqi-Sosial Yardım və Maarifləndirmə İctimai Birliyin sədri Fariz Əkbərov Patrul.az-a açıqlama verib.

O xatırladıb ki, insan sağlamlığının qorunmasında, həyat keyfiyyətinin yüksəldilməsində və cəmiyyətin rifahında gigiyena ən əsas amillərdən biri sayılır:

“Əhali arasında qidadan kütləvi zəhərlənmə ciddi problemlərdən biridir.

Qida mənşəli zəhərlənmələrin səbəbi qida ilə orqanizmə mikrobların, zəhərli maddələrin və ya zəhərli bitkilərin daxil olmasıdır.

İnsanlar arasında kütləvi zəhərlənmələrə şadlıq saraylarında və evdə təşkil olunan yığıncaqlarda yeyilən yeməklərdən istifadə zamanı daha çox rast gəlinir, eləcə də qidaların düzgün bişirilib-hazırlanmaması nəticəsində və yaxud əlverişli şəraitdə saxlanmaması nəticəsində baş verir.

Qida zəhərlənmələri əsasən isti aylarda baş verir. Yay aylarında turşular, şirniyyat, kolbasa və sosiska və s. bu kimi qidalar zəhərlənməyə səbəb olur.

Əhalinin sağlamlığının qorunması, yoluxucu və parazitar xəstəliklərin yayılmasına yol verilməməsi, qida zəhərlənmələrinin qarşısının alınması məqsədilə müvafiq sahədə fəaliyyət göstərən bütün müəssisələrin işçilərinin işə qəbul olunmazdan əvvəl və işlədikləri dövrdə vaxtaşırı tibbi müayinədən keçməsi və tibbi arayışlarla təmin olunması zəruridir”.

media-inshot_20260410_125808108

Hüquqşünas qeyd edib ki, vətəndaşların sağlamlıq və təhlükəsizlik hüququ, xüsusilə aldığı məhsulun təhlükəsizliyi ilə bağlı narahatlıqlar yaradır:

“Belə hallarda vətəndaşların hüquqlarını qorumaq və zərərçəkmiş şəxslərin hüquqi müdafiəsini təmin etmək üçün müvafiq tədbirlər görülməlidir.

Qanunvericiliyə görə istehlakçıların zəhərlənmə və ya digər təhlükəli məhsulların istifadəsi ilə bağlı hüquqları qorunur”.

F.Əkbərov vətəndaşların sağlamlığına və təhlükəsizliyinə zərər vuran şəxs və ya təşkilatların cəlb oluna biləcəyi cinayət məsuliyyətlərini sadalayıb:

“Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 200.4 maddəsinə əsasən (istehlakçıları aldatma və ya pis keyfiyyətli məhsul istehsal etmə və satma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda).

Həmin Cinayət Məcəlləsinin 213-1.1 maddəsinə görə (aksiz markası ilə markalanmalı olan məhsulları (malları) belə marka olmadan xeyli miqdarda satma, satış məqsədi ilə saxlama, istehsal binasının hüdudlarından kənara çıxarma və ya idxal etmə)

Cinayət Məcəlləsinin 314.2-ci maddəsinə əsasən (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda və ya digər ağır nəticələrə səbəb olduqda)”.

Ləman Sərraf


Bənzər xəbərlər