media-inshot_20260114_195821295

Portuqaliya ulduzu, “Əl Nəsir”in futbolçusu Kristiano Ronaldonun təqaüdə çıxdıqdan sonra ailəsi ilə birlikdə hansı evdə yaşayacağı məlum olub.

Patrul.az “A Bola” qəzetinə əsasən məlumatına görə, malikanənin qiyməti 35 milyon avro təşkil edir və xüsusi memarlığı ilə diqqət çəkir.

Evin içində sonsuz hovuz, yeraltı dayanacaq, ağıllı istilik sistemi, idman zalı, kinoteatr və masaj otağı yerləşir.

Tamamilə şüşədən tikilmiş malikanədə həm qapalı, həm də açıq hovuz, beş uşağı üçün xüsusi oyun sahəsi və çimərlik mövcuddur.

Evin lüks detalı kimi, bəzi əşyalar – krantları da qızılla örtülüb.

Qeyd edək ki, Ronaldonun evi Portuqaliyanın paytaxtı Lissabondan təxminən 50 kilometr aralıda, sahil qəsəbəsində yerləşir.

media-inshot_20260114_200018756

 

media-inshot_20260114_200246120

Gülbəniz Səfərova


Bənzər xəbərlər