Rusiya Azərbaycan süd məhsullarına QADAĞA qoydu
Rusiya iyulun 11-dən etibarən Azərbaycan istehsalçıları olan “ALLBUY” MMC və “MILK PRODUCTS” MMC-nin bütün növ süd məhsullarının idxalını qadağan edib.
Patrulaz.az xəbər verir ki, bu barədə ölkənin Baytarlıq və Fitosanitar Nəzarət Xidməti (“Rosselxoznadzor”) məlumat yayıb.
Məlumata görə, qadağalara səbəb Azərbaycan müəssisələrinin Rusiya tərəfinin yoxlamalarını qəbul etməkdən imtina etməsi və onların öz məhsullarını gələcəkdə Rusiyaya tədarük etməkdə maraqlı olmamasına dair açıqlamaları olub.