media-img_8784

Rusiya Xarici İşlər Nazirliyi müdafiə attaşesini və onun Rumıniyanın Moskvadakı səfirliyindəki müavinini “persona non qrata” elan etdiyini açıqlayıb.

Patrulaz.az xarici KİV-ə istinadən xəbər verir ki, nazirlikdən verilən açıqlamada xatırladılıb ki, Rumıniya daha əvvəl Rusiyanın Buxarestdəki müdafiə attaşesini və onun köməkçisini “persona non qrata” elan etmək qərarına gəlib. Bu qərarın əsassız olduğu bildirilən açıqlamada bu səbəbdən Rumıniyanın Moskvadakı səfirliyinin müvəqqəti işlər vəkili Liliana Burdanın nazirliyə çağırıldığı qeyd edilib.

“Burdaya etiraz notası verilib ki, müdafiə attaşesi və onun Moskvadakı Rumıniya səfirliyindəki köməkçisi “persona non-qrata” elan edilib”, – deyə açıqlamada qeyd olunub.


Bənzər xəbərlər