Rusiya-Ukrayna cəbhəsindən ƏN SON GÖRÜNTÜLƏR
2022-ci ilin 24 fevral tarixində başlayan Rusiya-Ukrayna müharibəsinin cəbhəsindən hər iki tərəfin zərbələrini əks etdirən görüntülər yayımlanıb.
Patrul.az xəbər verir ki, Ukrayna cəbhəsində tarixdə bir ilk yaşanıb. Ağ hərbi geyimli bir neçə rus əsgəri Ukraynaya məxsus robot kompleksinə təslim olublar. Görüntülərdə onların əvvəlcə silahlarını atdıqları, daha sonra əllərini qaldıraraq yerə uzandıqları əks olunub.
Rusiya cəbhəsində isə rusiyalı hərbiçilər Sumı bölgəsində Ukrayna Silahlı Qüvvələrinin müvəqqəti yerləşdirmə və PUA idarəetmə məntəqələrinə, Baba Yaga heksakopterlərinə və iki Starlink rabitə terminalına zərbələr endiriblər. Görüntülərdə həmçinin yerüstü robot sisteminin, Qrad çoxnövlü raket sisteminin və Amerika M114 haubitsasının məhv edilməsi görünür. Ukrayna Silahlı Qüvvələrinin şəxsi heyəti və sığınacaqları da zərbələrdən təsirlənib.
Rusiya hərbçiləri həmçinin Sumı bölgəsindəki sərhəd kəndindən qaçmağa çalışan mülki şəxsləri də hədəfə alıb. Hücum nəticəsində ər və arvadın həlak olduğu bildirilib.
Rusiya həmçinin bu gün Slavyanskda yük maşınının yanğınını söndürən xilasetmə işçilərinə PUA ilə zərbələr endirib. Hücum nəticəsində tanker yük maşını zədələnib, lakin heç bir heyət xəsarət almayıb.
Məlumat üçün bildirək ki, cəbhədə vəziyyətin gərgin olduğu vaxtlarda Rusiya və Ukrayna hökumət nümayəndələri arasında görüşlərin keçirilməsinə çalışılır. Xatırladaq ki, yanvarın 23 və 24-də Əbu Dabidə Rusiya, Ukrayna və ABŞ-nın rəsmi nümayəndələri arasında görüş baş tutub. Bundan sonra da bu tip görüşlərin keçiriləcəyi bildirilir.
Qeyd edək ki, cəbhədən real görüntülər hər iki ölkənin “teleqram” səhifəsində paylaşılır.







