media-img_8846

Bu gün Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə Rusiya və ABŞ arasında yeni məhbus mübadiləsi baş tutub.

Patrulaz.az xarici KİV-ə istinadən xəbər verir ki, Moskva Ukrayna ordusuna maddi dəstək verdiyinə görə vətənə xəyanətdə təqsirli bilinərək 12 il həbs cəzasına məhkum edilmiş ikili vətəndaş Kseniya Karelinanı azad edib. Vaşinqton sanksiyaları pozaraq Rusiyaya Amerika mikroelektronikasını ixrac etməkdə ittiham olunan və 11 ayrı ittihamla üzləşən Artur Petrovu ekstradisiya edib. Mübadilə zamanı Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Con Ratkliffin şəxsən Əbu-Dabi hava limanında olduğu və danışıqların Rusiya adından yüksək səviyyəli kəşfiyyat rəsmisi ilə aparıldığı bildirilib.


Bənzər xəbərlər