Rusiya Zelenskinin vətəninə zərbə endirdi: 14 ölü, 50-dən çox yaralı
Rusiya Ukraynaya ağır zərbə endirib.
Patrulaz.az “The Times of İndia”ya istinadən xəbər verir ki, Ukraynanın cənubundakı Kryvyi Rih şəhərinə endirilən raket zərbəsi nəticəsində azı 14 nəfər həlak olub, 50-dən çox şəxs isə yaralanıb.
Hücum şəhərin hərbi idarəsinin rəhbəri Oleksandr Vilkul tərəfindən təsdiqlənib.
Ukrayna Prezidenti Volodimir Zelenski X platformasında paylaşım edərək hadisəyə münasibətini bildirib: “Rusiya raketi yaşayış binalarının yerləşdiyi adi bir şəhər küçəsinə düşüb. İlkin məlumatlara görə, bu, ballistik raket hücumu olub. Hazırda altı uşaq daxil olmaqla 14 nəfərin öldüyü təsdiqlənib”,-deyə qeyd edib.
Qeyd edək ki, prezident Rusiyanın bu hücumunun Moskvanın atəşkəs istəmədiyini və yalnız müharibə arzuladığını sübut etdiyini vurğulayıb.
Gülbəniz Səfərova