media-inshot_20250711_105718245

Rusiyada azərbaycanlı biznesmenlərdən rüşvət almaqda ittiham olunan polis əməkdaşlarının saxlanılma görüntüləri yayılıb.

Patrulaz.az “MASH” telegram kanalına əsasən xəbər verir ki, aparılan əməliyyat nəticəsində Leninqrad vilayətinin Vsevolojsk rayonunda yerləşən 87, 88, 97 və 128-ci polis bölmələrinin yüksək vəzifəli əməkdaşları həbs olunublar.

İlkin məlumata görə, saxlanılan şəxslər azərbaycanlı sahibkarlardan ümumilikdə 154 min rubl məbləğində rüşvət alıblar. Onlar bu rüşvətin əvəzində iş adamlarına himayədarlıq ediblər.

Faktla bağlı Rusiya İstintaq Komitəsi tərəfindən “rüşvət alma və vasitəçilik” maddəsi ilə cinayət işi başlanılıb. Saxlanılan polislərin həm iş yerlərində, həm də şəxsi mənzillərində axtarışlar aparılıb.

 


Bənzər xəbərlər