Rusiyadan deportasiya edilən ukraynalılar Gürcüstan sərhədinə buraxılmadılar
Gürcüstan hakimiyyəti Rusiyadan deportasiya olunan 80 nəfər ukraynalınının ölkəyə girişinə icazə verməyib.
Patrulaz.az xəbər verir ki, bu barədə “TASS” agentliyi məlumat yayıb.
Bildirilir ki, hazırda sözügedən şəxslər Rusiya-Gürcüstan sərhədində, Dariali keçid məntəqəsində gözləyirlər.
Keçid məntəqəsinin rəis müavini Luka Paataşvilinin sözlərinə görə, həmin şəxslərin lazımi sənədləri yoxdur və bu səbəbdən sərhədi keçmələrinə icazə verilmir. Onun sözlərinə görə, onların şəxsiyyətlərinin tam müəyyən olunmaması və potensial təhlükə yaratmaları da ölkəyə buraxılmamalarının səbəbləri sırasındadır:
“Onlar Rusiya Federasiyasından Gürcüstana deportasiya ediliblər. Söhbət təxminən 80 nəfərdən gedir. Hazırda onların vəziyyəti normaldır, gözləmə rejimindədirlər. Lakin Ukrayna vətəndaşı olub-olmamaları dəqiq bilinmir, çünki sənədləri yoxdur”, – deyə Paataşvili bildirib.






