media-img_8844

Kremlin sözçüsü Dmitri Peskov paytaxt Moskvada jurnalistlərə verdiyi açıqlamada cari məsələləri dəyərləndirib.

Patrulaz.az xarici mətbuata istinadən xəbər verir ki, ABŞ və Rusiya nümayəndə heyətlərinin İstanbulda ikinci görüşünün davam etdiyini bildirən Peskov, Rusiya və ABŞ xarici işlər nazirlikləri arasında danışıqların ikitərəfli əlaqələrin yaxşılaşdırılması və əlaqələrdəki problemlərin həlli üçün aparıldığını qeyd edib və əlavə edib ki, danışıqlarda Ukrayna məsələsi müzakirə olunmur.

Qərbdə dondurulan Rusiya varlıqlarının taleyi ilə bağlı sualı cavablandıran Peskov, Avropa Birliyinin (AB) bu mövzuda yanaşmasının dəyişmədiyinə diqqət çəkib: “Bilirik ki, bəzi ölkələr bu yanaşmanı paylaşmır, çünki bunun hüquqi nəticələri olacağını başa düşürlər. Doğrudan da bunun nəticələri olacaq. Rusiya öz varlıqlarından heç vaxt imtina etməyəcək”- deyə, o bildirib.

Peskov ABŞ və Çin arasındakı “tarif” savaşına da toxunaraq, vəziyyəti diqqətlə izlədiklərini bildirib.


Bənzər xəbərlər