media-16437573-f742-462a-895a-9216bc5eac48

NATO-nun baş katibi Mark Rutte Rusiyanın Ukraynaya son hücumları çərçivəsində Kiyevə “sarsılmaz” dəstəyini ifadə edib.

Patrulaz.az “Reuters”ə istinadən xəbər verir ki, NATO-nun baş katibi Ukrayna prezidenti Volodimir Zelenski ilə birlikdə Odessada mətbuat konfransı keçirib.

Səfər Sumı şəhərinə edilən ballistik raket zərbəsi nəticəsində 35 nəfərin öldüyü, 100-dən çox insanın yaralandığı bir vaxtda baş tutub.

“Bəziləri son aylarda NATO-nun dəstəyini şübhə altına alıblar, lakin heç bir şübhə olmasın: Bizim dəstəyimiz sarsılmazdır”, – deyə Rutte bildirib.

Rutte səfər çərçivəsində ukraynalı əsgərlərlə görüşüb, daha sonra Moldovaya regional təhlükəsizlik məsələlərini müzakirə etmək üçün yola düşüb.

Qeyd edək ki, Zelenski bu görüşdə Ukraynanın hava hücumundan müdafiə ehtiyaclarına diqqət çəkib və Patriot sistemlərinin alınmasının yalnız siyasi qərarlardan asılı olduğunu vurğulayıb.

Gülbəniz Səfərova


Bənzər xəbərlər