"Rusiyanın KİV adı altında fəaliyyət göstərən casus şəbəkəsi ifşa olundu" - Seyfəddin Hüseynlidən “Sputnik Azərbaycan” əməliyyatına REAKSİYA
“Tək ailəmiz üçün yox, bütün Azərbaycan xalqı üçün ağrılı günlər yaşanır. Rusiya rejimi tərəfindən işgəncələr nəticəsində insanlar həyatlarını itiriblər”.
Patrulaz.az xəbər verir ki, bu sözləri Yekaterinburqda qətlə yetirilən iki azərbaycanlının qardaşı Seyfəddin Hüseynli jurnalistlərə açıqlamasında bildirib.
“Rusiya tərəfi bu vəhşiliyi etiraf etmək istəmir. Dövlətimizin çevik və qətiyyəti sayəsində böyük bir faciənin qarşısı alındı. Biz dəhşətli rejimlə üz-üzə dayanmışıq. Mən dövlət başçımız başda olmaqla, dövlət stukturlarımıza, diplomatik korpus və diasporumuza minnətdarlığımı çatdırmaq istəyirəm”, – deyə o bildirib.
Seyfəddin Hüseynli əlavə edib ki, bu gün Azərbaycanda hüquq-mühafizə orqanlarının “Sputnik Azərbaycan”ın binasında keçirdikləri əməliyyat da onun üçün təsəlli olub:
“Dövlətimiz qətiyyətli mövqe ortaya qoydu. Rusiyanın KİV adı altında fəaliyyət göstərən casus şəbəkəsi ifşa olundu”.