Sabirabadda 34 yaşlı kişi 10 kiloqram narkotiklə saxlanıldı
Sabirabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat nəticəsində narkotiklərin qanunsuz döviyyəsini təşkil etməkdə şübhəli bilinən 34 yaşlı İmran Şabanov saxlanılıb.
DİN-in Mətbuat Xidmətindən Patrul.az-a verilən məlumata görə, ondan 10 kiloqrama yaxın narkotik vasitə olan heroin, həşiş və marixuana aşkarlanıb.
Faktla bağlı cinayət işi başlanılıb. Saxlanılan şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.






