media-img-20260709-wa0004

Sabirabad Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə narkotik xassəli bitkilərin kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən 28 yaşlı Ramal Pənciyev saxlanılıb.

DİN-in Mətbuat Xidmətindən Patrul.az-a verilən məlumata görə, ona məxsus əkin sahəsinə baxış keçirilən zaman aqrotexniki qaydada qulluq göstərilərək yetişdirilmiş 181 ədəd çətənə kolu aşkarlanıb.

Faktla bağlı cinayət işi başlanılıb. Məhkəmənin qərarı ilə Ramal Pənciyev barəsində həbs qətimkan tədbiri seçilib.


Bənzər xəbərlər