media-4d81513e-5895-4612-9a0a-3909dee35428

İspaniyanın Leon və Asturiyanı birləşdirən AP-66 yolunda avtomobil atı vuraraq qəzaya uğrayıb.

Patrulaz.az “El Pais”ə istinadən xəbər verir ki,
49 yaşlı sürücü sahibsiz ata çırpılıb və hadisə yerində huşsuz vəziyyətdə aşkarlanıb. Təcili tibbi yardım əməkdaşlarının müdaxiləsinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb. Qəza zamanı atın vəziyyəti ilə bağlı rəsmi məlumat verilməyib.

Xatırladaq ki, İspaniyada dağlıq və kənd ərazilərində sahibsiz at və digər heyvanların yollara çıxması bəzən ciddi qəzalarla nəticələnir. Bu halların qarşısını almaq üçün yerli orqanlar mütəmadi xəbərdarlıq edir.

Gülbəniz Səfərova


Bənzər xəbərlər