media-inshot_20251002_230116596

Paytaxtın Xətai rayonunun bəzi ərazilərində qaz olmayacaq.

Patrulaz.az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.

Qeyd olunub ki, qaz xətti üzərində siyirtmənin quraşdırılması ilə bağlı oktyabrın 3-ü saat 10:00-dan işlər başa çatana qədər Xətai rayonunun Cavanşir küçəsindəki daşıyıcı qaz xəttində qaz təchizatı dayandırılacaq.

Qaz təchizatı dayandırılan müddətdə Xətai rayonunun Cavanşir, Sadıqcan, 8 Noyabr, Zığ yolu, Əbilov və Kombinat küçələrinin qaz təchizatında fasilə yaranacaq.


Bənzər xəbərlər