media-inshot_20260509_155342330

Şəki və Oğuz rayonlarının sərhəd zonasında yeraltı təkanlar qeydə alınıb.

Patrul.az xəbər verir ki, bu barədə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi (RSXM) rəsmi məlumat yayıb.

Mərkəzin mütəxəssisləri tərəfindən qeydə alınan zəlzələnin maqnitudasının 3.5 olduğu bildirilir.

İlkin məlumatlara əsasən, təbiət hadisəsi yerin 35 kilometr dərinliyində baş verib.

Zəlzələnin hiss olunub-olunmaması və ya hər hansı dağıntıya səbəb olması barədə hələlik əlavə məlumat daxil olmayıb.

Xatırladaq ki, bölgədəki seysmik vəziyyət mütəxəssislər tərəfindən mütəmadi olaraq izlənilir.


Bənzər xəbərlər