media-inshot_20251006_205537876

Son vaxtlar sənədli torpaq sahələrinin qiymətində nəzərəçarpan artım müşahidə olunur. Alıcılar arasında sənədli ərazilərə marağın artması bazarda qiymətlərin yüksəlməsinə səbəb olur.

Bəs bu artım tendensiyası qarşıdakı illərdə də davam edəcəkmi?

Bu barədə Əmlak məsələləri üzrə ekspert Elnur Azadov Patrulaz.az-a açıqlamasında bildirib ki, sənədləri uyğun olmayan torpaqlara kommunikasiya xətləri verilməməsi və torpağın tükənən əmlak olması səbəbindən qiymətlər kəskin artır:

“Sənədli evlərin bahalaşmasının səbəbi odur ki, keçmişdə istənilən torpaq sahəsində nəzarət mexanizmi olmadığına görə, yaxud zəif olduğuna görə istənilən yerdə tikililər inşa edilirdi və kifayət qədər qanunsuz tikililər yaranırdı. Həm kommunikasiya xətləri tipli əmlaklar, həm də fərdi evlər mövcuddur. Fərdi evlərin sayı bildiyiniz kimi 700 minə çatıb. Bunun qarşısını almaq üçün müvafiq tədbirlər görülmüşdür. Məsələn, sənədləri uyğun olmayan torpaqlara və evlərə artıq kommunikasiya xətləri verilmir. Bu, bir təsirdir. İkinci təsir isə odur ki, torpaq tükənən bir əmlakdır və daim qiyməti artmaqdadır. Bu baxımdan torpaqların qiyməti kəskin bahalaşır”.

Cəmilə Cəfərzadə


Bənzər xəbərlər