Sərnişin avtobusu aşdı: 16 ölü, 44 yaralı
Braziliyada sərnişin avtobusu ağır qəzaya uğrayıb.
Patrul.az xarici KİV-ə istinadla xəbər verir ki, hadisə Alaqoas ştatında qeydə alınıb.
Qəza nəticəsində 4-ü üşaq olmaqla 16 nəfər həlak olub, 44 nəfər isə yaralanıb.
Məlumata görə, avtobusda “Məryəm ana” adlı dini festivalda iştirak edən insanlar olub.
Qəzayla bağlı ştatda üç günlük rəsmi matəm elan edilib.
Qeyd edək ki, qəzanın səbəbini müəyyən etmək üçün araşdırma başlanılıb.






